Bu gün Çempionlar Liqasının A qrupunun çıxış edən “Qalatasaray” səfərdə “Mançester Yunayted”in qonağı olub.
Mia.az xəbər verir ki, Bakı vaxtilə saat 23.00-da "Old Trafford"da startı verilən oyunun 17-ci dəqiqəsində ingilislər hesabı açıblar - 1:0
Lakin bu qoldan 6 dəqiqəd sonra Zaha hesaba tarazlıq gətirib - 1:1.
67-ci dəqiqədə ingilislər daha bir qol vurub - 2:1.
71-ci dəqiqədə Kərəm hesabı bərabərləşdirib - 2:2.
76-ci dəqiqədə Kazimiro kobud oyuna görə meydandan qovulub. "Qalatasaray" isə penalti qazanıb. İkardi penaltini yerinə yetirə bilməyib. Onun zərbəsi qapı tirinin yanından keçib.
81-ci dəqiqədə isə argentinalı hücumçu İkardi qaçırdığı penaltinin əvəzini çıxıb. O, qapçı ilə təkbə\tək mübarizədən qalib ayrılıb - 2:3
Qeyd edək ki, bu qrupun digər oyunu "Kopenhagen" evində "Bavariya"ya qalib gəlir.
Danimarka komandası 56-cı dəqqidə hesabı açıb - 1:0.
67-ci dəqiqədə almanlar hesabı bərabərləşdirib - 1:1
83-cü dəqqiədə Almaniya komandası hesabı arırıb - 1:2
Yeri gəlmişkən, qrupda ilk oyununda Danimarka təmsilçisi Kopenhageni qəbul edən "Qalatasaray" 2:2 hesablı bərabərə qalıb.
"Mançester Yunayted" isə "Bavariya"ya 4-3 hesabı ilə məğlub olub.
Beləliklə, iki oyunun nəticələrinə görə, "Bavariya" 6 xalla qrupda birinci, "Qalatasaray" 4 xalla 2-ci, "Kopenhagen" 1 xalla 3-cü, "Mançester Yunayted" isə xalsız sonuncu yerdə qərarlaşıblar.
Fərid
MİA.AZ