Bu gün “Qalatasaray” Çempionlar Liqasının A qrupunun 2-ci matçında “Mançester Yunayted”lə qarşılaşacaq.
Mia.az xəbər verir ki, "Old Trafford"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.
Qarşılaşmanı Slovakiya Futbol Federasiyasından olan baş hakim İvan Kruzliak idarə edəcək.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
Mançester Yunayted: Onana, Dalot, Lindelöf, Varan, Amrabat, Casemiro, Mount, Fernandes, Hannibal, Hojlund, Rashford.
Qalatasaray: Muslera, Boey, Sanchez, Abdulkerim, Angelinyo, Torreira, Kaan Ayhan, Tete, Kerem, Zaha, Icardi.
Fərid
MİA.AZ