Çempionlar Liqasının ikinci həftəsində “Qalatasaray” səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray"ın yeni transferi Hakim Ziyeç  "Mançester Yunayted"lə oyunun  heyətinə daxil edilməyib.

Mərakeşli futbolçunun heyətə niyə daxil edilməməsinin səbəbi bəlli deyil.

Xatırladaq ki, Hakim Ziyeç bu mövsüm "Qalatasaray"ın heyətində 3 oyun keçirib. 30 yaşlı futbolçu bu matçlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid

MİA.AZ