Superliqanın 7-ci həftəsində “Adana Dəmirspor” öz meydanında “Alanyaspor”u darmadağın edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, adanalılar oyundan 4-0 hesablı qələbə ilə ayrılıblar.
Maraqlı keçən qarşılaşmada qolları 30 və 47-ci dəqiqələrdə Mario Balotelli, 71-ci dəqiqədə Yunes Belhanda və 87-ci dəqiqədə Tayfun Aydoğan vurub.
"Adana Dəmirspor"un oyunçusu Yusuf Sarı verdiyi ötürmələrlə matça damğasını vurub. 24 yaşlı futbolçu komandasının vurduğu 3 qolda assistentlik edib.
Beləliklə, “Alanyaspor”a 4 qol vuran “Adana Dəmirspor” liqada ümumilikdə 18 qol vurub. Bununla da komanda 18 qolla “Fənərbaxça” ilə birlikdə liqanın ən çox qol vuran komandası ünvanına sahiblənib.
Fərid
MİA.AZ