Superliqanın 7-ci həftəsində səfərdə "Konyaspor"un qonağı olan "Beşiktaş" qalib gəlib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilk hissənin sonunda Uğurcan Yazqılı avtoqola imza atıb - 0:1.
55-ci dəqiqədə "Konyaspor"un futbolçusu Oğulcan Ülgün ikinci sarı kartla meydandan qovulub.
"Beşiktaş"ın qolçusu Vinsent Aboubakar 63-cü dəqiqədə 2-ci qola imza atıb.
Beləliklə, "Beşiktaş" səfərdə rəqibini 2-0 hesabı ilə qalib gəlib.
Fərid
MİA.AZ