AFFA İntizam Komitəsi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu cəzalandırıb.
Mia.az xəbər verir ki, o,"Qəbələ"yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri oyunda aldığı ikinci sarı vərəqə ilə texniki zonadan qovulmasına görə bir oyunluq cəza alıb.
Bundan əlavə, klub 1000 manat cərimələnib. Komandanın müdafiəçisi Kevin Medina isə 4 oyunluq cəzalanıb.
Fərid
MİA.AZ