Super Liqanın 3-cü həftəsində təxirə salınan "Qalatasaray" - "İstanbulspor" oyunu bu gecə baş tutub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" səfərdə "İstanbulspor"u 1:0 hesabı ilə məğlub edib.
Oyundakı yeganə qolu İkardi vurub.
Onu da qeyd edək ki, oyunun 37-ci dəqiqəsində penalti qazanan "Qalatasaray"ın oyunçuları İkardi ilə Kerem penaltini fərqli yerinə yetirmək istəsələr də, Keremin ötürməsini argentinalı hücumçu qola çevirə bilməyib.
Fərid
MİA.AZ