"Real"da iki ay əvvəl əməliyyat olunan və aktiv futbola dönmə\k üçün günlər sayan Türkiyə millisinin oyunçusu Arda Gülər yenidən zədələnib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə "Real Madrid"dən verilən açıqlamada gənc futbolçununn sol rektus bud əzələsindən zədələndiyi bildirilib.
Onun daha 3 həftə meydanlardan uzaq qalacağı gözlənilir.
Xatırladaq ki, Ardanın bu gün keçiriləcək "Las Palmas" matçında ilk 11-likdə oyuna çıxacağı gözlənilirdi.
Fərid
MİA.AZ