Türkiyə superliqasının lideri "Fənərbağça" səfərdə "Alanyaspor"la qarşılaşıb.
Mia.az TRTSpor-a istinadla xəbər verir ki, oyuna sürətli başlayan "Fənərbağça" 43-cü dəqiqədə hesabı açıb.
Oyundakı yeganə qolu İrfan Can Kahveci vurub.
Beləliklə, "Fənərbağça" minimal hesabla bu oyundan da qalib ayrılıb - 1:0.
Onu da qeyd edək ki, 59-cu dəqiqədə auta mane olan ev sahibi komandadan Ömər Ərdoğan ikinci sarı kartla meydandan qovulub.
Bu qələbədən sonra "Fənərbağça" 5 oyuna 15 xal qazanmaqla ilk pillədəki mövqeyini qoruyub. "Qalatasaray" isə 13 xalla 2-cidir.
Fərid
MİA.AZ