Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasnının baş məşqçisi Jorge Jesusun taxtı lazlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yayda "Fənərbağça"dan bu klubun sükanı arxasına keçən "Əl-Hilal"ın baş məşqçisi Jorge Jesus liqada heç bir qalibiyyəti olmayan "Damak"la 1:1 hesablı bərabərlikdən sonra istefaya çağırılıb.
Məlumata görə, azarkeşlər artıq portuqlaiyalı məşqçini istəmədiklərini bəyan ediblər.
Bundan sonra klub rəhbərliyi təcili toplantı vaxtı təyin edib.
"Ər-Riyad" yazır ki, həmin toplantıda Jorge Jesusun istefaya göndərilmə qərarının çıxma ehtimalı çox yüksəkdir.
Xatırladaq ki, bu mövsüm kluba Neymar başda olmaqla, çox nüfuzlu oyunçular alınıb. Amma buna baxmayaraq "Əl-Hilal" 7 oyundan sonra 5 qələbə və 2 heç-heçə ilə liqada 2-ci yerdədir. Özü də komanda digərlərindən bir matç artıq oynayıb.
Fərid
MİA.AZ