Bosniya və Herseqovinada UEFA Avropa Konfransı Liqasının E qrupunun ilk həftə matçında "Zrinjski Mostar" və "Az Alkmaar" komandaları araslında baş tutan matç günün ən maraqlı oynu seçilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilk hissədə 3-0 uduzan bosniyalılar 2-ci hissəyə fırtına kimi başlayıblar.
45-ci dəqiqədə fərqi azaldan "Zrinjski Mostar" komandası bundan 3 dəqiqə sonra daha bir qola imza atıblar - 2:3.
Bununla da psixoloji üstünlüyə sahiblənən yerli komanda 68-ci dəqiqədə hesaba tarazılıq gətirib - 3:3.
71-ci dəqiqədə Zvonimir Hrvanoviç isə bosniyalılara qələbə qazandıran tarixi oyunda nəticəni müəyyənləşdirib - 4:3
Hazırda Avropanın idman nəşrləri və ekspertləri bu tarixi geridönüş oyununu günün əsas oyunu kimi qabardırlar.
Fərid
MİA.AZ