UEFA Avropa Konfransı Liqası H qrupunun ilk matçında "Fənərbağça" Danimarkanın "Nordjaelland" komandasını qəbul edib.
Mia.az TRTSpor-a istinadla xəbər verir ki, İstanbul klubu qarşılaşmadan 3-1 hesabı ilə qalib ayrılıb.
Matçda ilk qolu "Fənərbağça"lı Migel Krespo vurub. O, 24-cü dəqiqədə Rayan Kentin ötürməsini baş zərbəsi ilə qapıdan keçirib - 1-0.
31-ci dəqiqədə isə Mişi Batşuayi hesabı artırıb- 2:0.
İkinci hissəyə də güclü başlayan “Fənərbağça”lı Serdar Əziz 48-ci dəqiqədə künc zərbəsindən ötürməni əla zərbə ilə qola çev irib - 3:0.
56-cı dəqiqədə qonaqlar bu qollardan birinin əvəzini çıxıb - 3:1.
Beləliklə, oyun bu hesabla başa çatıb.
Fərid
MİA.AZ