"Qalatasaray" Almaniyanın "Borussiya Dortmund" komandasının 17 yaşlı futbolçusunu heyətinə qatıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul klubu az əvvəl məlumat yayıb.
Klubun açıqlamasına görə, 17 yaşlı türk əsilli Gökdeniz Gürpüzlə 3 illik müqavilə imzalanıb: "Onun keçmiş klubuna bu transfer üçün 220 min avro transfer haqqı ödəniləcək".
Fərid
MİA.AZ