Türkiyə Futbol Federasiyası (TFF) ölkənin əsas yığmasının baş məşqçi vəzifəsinə yeni təyinatı açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TFF italiyalı məşqçi Viçenzo Montellanın Stefan Kuntz tərəfindən boşaldılan Milli Futbol Komandasının baş məşqçisi təyin edildiyini elan edib.

Məlumata görə, artıq o, anlaşmanı imzalamaq üçün Türkiyədədir.

Xəbərdə deyilir ki, Vinçenzo Montella ilə 3 il müddətinə razılaşma olub.

Onu da qeyd edək ki, son 2 mövsüm "Adana Dəmirspor"da çalışan 49 yaşlı çalışdırıcı daha əvvəl "Roma", "Kataniya", "Fiorentina", "Sampdoriya", "Milan" və "Sevilya"nı çalışdırıb.

Fərid

MİA.AZ