Türkiyə Futbol Federasiyası (TFF) istefaya göndərdiyi milli komandanın baş məşqçi Stefan Kuntza təzminat ödəyəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Milli komandadan qovulan baş məşqçi Stefan Kuntzun alacağı təzminat açıqlanıb. 

Məlumata görə, TFF ilə müqaviləsinin bitməsinə bir qaldığından ona həmin bir illik maaşının yarısı 750 min avro dərhal veriləcək: "Bundan başqa, əgər milli komanda AVRO-2024-ə yüksələrsə, alman məşqçi müəyyən edilmiş bonus məbləğinin 2/3-ni alacaq".

Fərid

MİA.AZ