"Kopenhagen"in qapıçısı Kamil Qrabaranın "Qalatasaray" və onun azarkeşlərini təhqir etməsi başına bəla olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kamil Qrabaranın "Qalatasaray" matçından sonra xoşagəlməz paylaşımına türk azarkşləri olduqca qəzəbli reaksiyalar veriblər.
Avropa mediası yazır ki, qapçının "Qalatasaray"la oyundan sonra "Bu zibil (nəciz mənasında - Mia.az) çuxurundan üç xalla çıxmağa layiq idik, amma bu həyatdır, davam edəcəyik" ifadəsini paylaşması və az sonra artan etirazlara görə silməsinə baxmayaraq, türk klubunun azarkeşlərinin ona və ailə üzvlərinə qarşı "hücumları səngiməyib".
Məlumata görə, artıq "Qalatasaray"lı azarkeşlər polşalı qapıçının həyat yoldaşı Dominika Robakı da hədəfə alıblar.
Bu barədə sosial media hesabında paylaşım edən qapçının xanımı yazıb ki, ölüm təhdidləri almağa başlayıb: "Nə cür dünyada yaşayırıq?".
Fərid
MİA.AZ