Çempionlar Liqasının C qrupunun ilk matçında İspaniya nəhəngi "Real Madrid" Almaniyanın "Union Berlin" komandası ilə "döyüşüb".
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, asanlıqla qalib gələcəyi gözlənilən "Real Madrid" əsas vaxta əlavə edilmiş 90+4-cü dəqiqədə qələbə topunu qapıdan keçirib.
Oyundakı yeganə qolu Cude Bellinqhem vurub.
Bu qələbə sayəsində "Real Madrid" qrupun ilk oyununda ilk qələbəsini qazanıb.
"Real Madrid" gələn həftə "Napoli"ni qəbul edəcək. "Union Berlin" isə qrupun digər üzvü "Braqa"nın qonağı olacaq.
Fərid
MİA.AZ