İsrail polisi ölkənin şimalındakı Eliakim Hərbi Bazasından oğurlanan tankı metal zibilliyindən tapıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail polisi yazılı açıqlama yayıb.
Biidirilib ki, uzun axtarışdan sonra oğurlanan tank "metallom"da aşkarlanıb: "Tank orduya təhvil verilib".
Ordudan isə bildirilib ki, oğurlanan tankda silah və sursat olmayıb: "Təlim məqsədiylə istifadə olunan tank artıq ordunun ixtiyarına qaytarılıb. Hazırda onun necə və kimlər tərəfindən oğurlanması və metal zibilliyinə hansı yolla aparılması araşdırılır"
Zülfiyyə
MİA.AZ