Qazaxıstanda referenduma çıxarılan yeni konstitusiya layihəsi rəsmi olaraq mərasimlə qəbul edildi.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mərasimdə yeni konstitusiyanın tətbiqi ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, referendumda qəbul edilən yeni konstitusiya 1 iyul 2026-cı ildə qüvvəyə minəcək və bundan sonra 15 mart hər il ölkədə "Konstitusiya Günü" kimi qeyd olunacaq.

Tokayev mərasimdəki çıxışında yeni konstitusiyanın "əsl xalq konstitusiyası" olduğunu bildirib.

Tahir Şəlvəli

MİA.AZ