Belçikadan Hörmüz boğazında təhlükəsiz naviqasiyanı təmin etməyə yönəlmiş beynəlxalq təşəbbüsə qoşulmaq istənilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniya, Fransa, İtaliya, Yaponiya, Hollandiya və İngiltərənin Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq səylərə töhfə verməyə hazır olduqlarını bildirən açıqlamalarından sonra London hökuməti Brüsseldən bu təşəbbüs üçün dəstək istəyib.
Belçikanın potensial töhfəsinin əhatə dairəsi hələlik aydın olmasa da, məsələnin sabahkı Nazirlər Kabinetinin iclasında müzakirə olunacağı gözlənilir.
Müzakirələrə Körfəz ölkələri üçün mümkün müdafiə dəstəyi variantlarının qiymətləndirilməsinin də daxil ediləcəyi gözlənilir.
Tahir Şəlvəli
MİA.AZ