Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi dünən gecədən bəri ölkə ərazisinə 41 PUA və 3 ballistik raket hücumu həyata keçirildiyini açıqladı.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, açıqlamada bildirilib ki, 1 dron istisna olmaqla, bütün dronlar zərərsizləşdirilib.
Nazirlik Samref Neft Emalı Zavoduna pilotsuz təyyarənin düşdüyünü və zərərin qiymətləndirilməsi işlərinin davam etdiyini bildirib.
Açıqlamada həmçinin ölkəyə atılan üç ballistik raketin zərərsizləşdirildiyi qeyd edilib.
Samir Musayev
MİA.AZ