Cənubi Koreyanın Tecon şəhərində avtomobil ehtiyat hissələri istehsal edən zavodda baş verən yanğın nəticəsində 50 nəfər zərər çəkib, onlardan 35-i ağır xəsarət alıb.

Bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, yanğının söndürülməsinə təxminən 240 nəfər cəlb olunub.

Tecon paytaxt Seuldan təxminən 160 km cənubda yerləşir./Report