ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ-ın "Abrams" tanklarının tezliklə Rusiyaya qarşı döyüşən Ukrayna ordusu tərəfindən istifadə ediləcəyini açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Almaniyanın Ramşteyn bazasında keçirilən 15-ci Ukrayna Müdafiə Əlaqə Qrupu toplantısından əvvəl açıqlama verib: “ABŞ-ın öhdəlik götürdüyü "M1 Abrams" tanklarının tezliklə Ukraynaya daxil olacağını elan etməkdən məmnunam”.
Nazir xatırladıb ki, ölkəsi indiyədək Ukraynaya müdafiə dəstəyi məqsədi ilə 76 milyard dollar yardım edib: "Biz Ukraynaya dəstəyi davam etdirəcəyik".
Ostin həmçinin ABŞ-da ukraynalı pilotlar üçün F-16 təyyarələri üçün təlimlərin başlayacağını açıqlayıb.
Tahir
MİA.AZ