Superliqanın 5-ci həftəsində “Trabzonspor” öz meydanında “Beşiktaş”ı məğlub edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Trabzonspor” “Beşiktaş”a 3 qolla qalib gəlib.
Qollar 29, 41 və 61-ci dəqiqələrdə vurulub.
Bu nəticə ilə xallarını 9-a yüksəldən “Trabzonspor” 4-cü pilləyə yüksəlib. Bir matç az oynayan "Beşiktaş" isə 7 xalla 9-cu pilləyə geriləyib.
Fərid
MİA.AZ