Karyerasında "Fənərbağça"da başlayan 36 yaşlı futbolçu İlhan Parlak yaşıl meydanlarla vidalaşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu barədə qısa açıqlama yayıb.
İlham Parlak qeyd edib ki, bundan sonra İngiltərədə yaşayıb, orada işləyəcək.
Xatırladaq ki, o, superliqada bu günədək 393 oyunda 67 qol vurub.
O, "Fənərbağça", "Ankaraspor", "MKE Ankaragücü", "Karabükspor", "Kayseri Erciyesspor" və "Qaziantepspor"un formasını geyinib.
Fərid
MİA.AZ