"Real Madrid"in gənclər akademiyası, əvəzedici komanda və üçüncü komandanın ən azı üç oyunçusu qalmaqallı cinayəti işinə görə saxlanılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, sentyabrın 6-da 16 yaşlı adı açıqlanmayan bir qızın anası polisə qızının intim görüntülərinin yayılması bvarədə şikayət edib.
O şikayətində yazıb ki, yetkinlik yaşına çatmayan qızına "Real"ın oyunçuları təcavüz etməklə yanaşı, onun sekslə görünütülərini "WhatsApp" qrupunda yayıblar.
Məlumata görə, qısa araşdırma ilə "Real"ın 3 oyunçusu həm azyaşlı ilə cinsi əlaqədə olma, həm də onunla intim olan görüntüləri yayma ittihamı ilə saxlanılıblar.
İspaniya mətbuatı yazır ki, yerli polis hələlik saxlanılanlaırn adlarını açıqlamaqdan imtina edir: "Ancaq polisdən bildirilib ki, istintaq davam edir və daha bir neçə nəfərin saxlanma ehtimalı var".
Yerli polisdən o da bildirilib ki, yaxın günlərdə hadisə barədə ictimaiyyətə geniş açıqlama veriləcək.
Fərid
MİA.AZ