"Hatayspor" baş məşqçisi Volkan Dəmirəl gündəmlə bağlı açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray"ın uruqvaylı qapşısı Muslera haqqında danışan Dəmirəl onu tərifləyib: "Əlbəttə, Muslera məndən daha yaxşı qapıçıdır. O, "Qalatasaray"ın dəyəridir. O getsə, hər kəsi kədərlənərdi. Düşünürəm ki, o, Qalatasarayda qalıb yubileyini qeyd etməlidir".

Demirəl deyib ki, "Qalatasaray"ın ötən mövsüm şempion  olmasında baş məşqçi Okan Burukun böyük əməyi var: "Okan hocanın düzgün planlaması ilə komanda çempion oldu. Okan hoca bu oyunçu qrupunu çox yaxşı idarə etdi, onları özünə inandırdı və məncə, bu onun ən böyük uğurudur".

Fərid

MİA.AZ