Superliqadan gələn təklifləri qəbul etməyən Leo Dubois "Qalatasaray" klub rəhbərliyinin "get, səni istəmirik" tələbini qulaqardına vurmaqda davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq klub rəhbərliyi ilə tez-tez müxətif bəhanələr gətirən fransız futbolçu arasında münasibətlər gərginləşib.
Məlumata görə, "Qalatasaray" rəhbərliyi Avropadan təklif gəlməyən futbolçunu yerli komandalara satmaq istəyir: "Ancaq o, hər komandaya bir bəhanə ilə yox deyərək, "Qalatasaray"dan oynamadan maaşınıalmaq istəyir".
Məlumata görə, bezən klub rəhbərliyi artıq onu bazadan qovub.
Xatırladaq ki, Leo Dubois "Qalatasaray"da 28 matçda 1 qol atıb, 3 məhsuldar ötürmə edib. Onu "Pendikspor" heyətinə qatmaq istəyirdi.
Fərid
MİA.AZ