Türkiyədə zaman-zaman tənqid edilən Ozan Tufan İngiltərə çempionatında "Ayın futbolçusu" mükafatına namizəd olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, avqust ayında liqada 4 oyunda qol vuran futbolçu kimi namizəd göstərilib.
Xatırladaq ki, Acun Ilıcalının sahibi olduğu "Hall Siti"də çıxış edən Ozan Tufan 4 oyuna 4 qol vurub.
Onunla yanaşı, "İpsviç Taun"dan Sem Morsi, "Norviç Siti"dən Qabriel Sara və "Stok Siti"dən Andre Vidiqal da mükafata iddialıdırlar.
Fərid
MİA.AZ