AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Macarıstan səfərdə Serbiyaya qalib gəlib.
Mia.az TRT-yə istinadla xəbər verir ki, oyunun 10-cu dəqiqəsində “Fənərbağça”dan bir meşə həftə əvvəl Almaniyanın "Hoffenhaym" komandasına 12.3 milyon avroya transefer olunan Attila Szalai öz qapısına qol atıb.
Buna baxmayaraq, Macarıstan oyundan 2-1 hesablı qalibiyyətlə ayrılıb.
Bu qələbə ilə Macarıstan 10 xala qrup liderliyinə yüksəlib. Serbiya 7 xalda qalıb.
Qrupda növbəti oyun həftəsində Serbiya səfərdə Litvanı, Macarıstan isə evdə Çexiya ilə qarşılaşacaq.
Fərid
MİA.AZ