"Qalatasaray" norveçli futbolçu Fredrik Midtsyonu satıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir kii, bu barədə "Qalatasaray" klubu açıqlama yayıb.

Açıqlamada deyilir ki, norveçli futbolçu "Pendikspor"a transfer olunub: "Razılaşmaya əsasən, "Pendikspor" onun keçidinə görə "Qalatasaray"a 3 milyon avro transfer haqqı ödəyəcək".

Türkiyə mediası yazır ki, "Pendikspor" bu gün futbolçu illə 2 illik müqavilə imzalayacaq.

Fərid

MİA.AZ