Çempionlar Liqasının qruplarında mübarizə aparan "Qalatasaray" oynayacaq heyətinin siyahısını UEFA-ya göndərib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş məşqçi Okan Buruk yeni transferlər Tanguy Ndombele və Davinson Sançezi heyətə daxil etsə də, Fredrik Midtsjö, Leo Dubois və Halil Dervişoğluya bu şansı tanımayıb.
Xatırladaq k, 4 ildən sonra Çempionlar Liqasının A qrupunda Türkiyəni təmsil edəcək "Qalalatasaray" “Bavariya”, “Mançester Yunayted” və “Kopenhagen”lə "döyüşəcək".
Fərid
MİA.AZ