Türkiyə superliqasının 4-cü həftəsində "Fənərbağça" səfərdə "Ankaragücü" ilə qarşılaşıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, "Fənərbağça" oyunda vurulan yeganə qolla "Ankaragücü"nü devirib.
İstanbul klubuna qələbə gətirən yeganə qolu 60-cı dəqiqədə Osayi Samuel vurub - 0:1.
Onu da qeyd edək ki, 84-cü dəqiqədə "Fənərbağça"nın futbolçusu İsmail Yüksek ikinci sarı və qırmızı vərəqə alaraq oyundan kənarda qalıb.
Fərid
MİA.AZ