"Başakşehir" klubu baş məşqçisi Emre Belözoğlu ilə yollarını ayırıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Klub ona bu günə qədər komandaya çəkdiyi əziyyətə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Emre Belözoğlunun sükanı arxasında olan komanda super liqanın son 3 oyunundan da məğlub ayrılıb.
Bu isə onun kreslosunu laxlatmışdı..
Fərid
MİA.AZ