UEFA Konfrans Liqasında Türkiyənin iki komandası - “Fənərbağça” və “Beşiktaş” qalib gələrək, adını qruplara yazdırsa da, digər təmsilçi “Adana Dəmirspor” penaltilər seriyasında uduzaraq mübarizədən kənarda qalıb.
Mia.az TRT Spor-a istinadla xəbər verir ki, "Adana Dəmirspor" səfərdə - ilk oyunda 2:1 hesabı ilə uduzduğu Belçika komandası "Genk"lə doğma nmeydanında qarşılaşıb. Oyunun əsas meydanda 1:0 hesabı ilə qalib gəldiyindən ümumi nəticəyə (2:2) əsasən penaltilər təyin olunub.
Penaltilər seriyasında isə türk komandası 5:4 hesabı ilə uduzaraq yarışla vidalaşıb.
Fərid
MİA.AZ