4 illik fasilədən sonra Çempionlar Liqasında meydana çıxacaq "Qalatasaray"ın rəqibləri bəlli olub.
Mia.az xəbər verir ki, Monakoda keçirilən püşkatmada "Qalatasaray" A qrupunda “Bavariya”, “Mançester Yunayted” və “Kopenhagen”lə "döyüşəcək".
Qrup matçları 19-20 sentyabrda başlayıb, 12-13 dekabrda bitəəcək. Qruplarında ilk iki yeri tutan növbəti mərhələyə adlayacaq, üçüncü yeri tutan komanda isə UEFA Avropa Liqasına yoluna davam edəcək.
UEFA Çempionlar Liqasının finalı 1 iyun 2024-cü il tarixində İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda oynanılacaq.
Digər qruplarda isə aşağıdakı rəqiblər üz-üzə gələcəklər:
B qrupu: Sevilla, Arsenal, PSV, Lens
C Qrup: Napoli, Real Madrid, Braga, Union Berlin
D Qrup: Benfika, İnter, Salzburg, Sosyedad
E qrupu: Feyenoord, Atletico Madrid , Lazio, Celtic
F Qrup: Paris Saint- Germain, Borussia Dortmund, Milan, Nyukasl
G Qrup: Manchester City, RB Leipzig, Red Star, Young Boys
H Qrup: Barselona, Porto, Shakhtar Donetsk, Antverpen
FƏRİD
MİA.AZ