Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda (ilk oyun 2-0) "Qarabağ" Sloveniyanın "Olimpiya" komandası ilə qarşılaşıb.
Mia.az xəbər verir ki, saat 20-da başlayan oyunun 24-cü dəqiqəsində "Qarabağ" 24-cü dəqiqədə hesabı açıb.
Qolu Toral Bayramov penaltindən vurub - 1:0.
36-cı dəqiqədə isə "Olimpiya" hesaba tarazlıq gətirib - 1:1.
İkinci hissədə isə hesab dəyişməyib və beləliklə, "Qarabağ" iki oyunun nəticəsinə əsasən, 3:2 qalib gələrək, Avropa Liqasında qrup mərhələsinə yüksəlib.
Sabah bu liqada qruplarla bağlı püşkatma olacaq.
Fərid Aslan
MİA.AZ