"Qalatasaray" "Bavariya"nın 2-ci komandasından Eyüp Aydınla anlaşıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul klubu 19 yaşlı yarımmüdafiəçi ilə 4 il müddətinə müqavilə imzalayacaq.

Bildirilib ki, Aydın Almaniya komandasının ikinci heyəti ilə 54 matçda 4 qol vurub, 10 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ