Çimərlik futbolu üzrə Avropa Superfinalında Azərbaycan millisinin rəqibləri müəyəynləşib.

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 19-25-i aralığında İtaliyanın Alqero şəhərində keçiriləcək oyunlarda yığma B qrupunda İsveçrə, Türkiyə və Rumıniya komandaları ilə mübarizə aparacaq.

Qarşılaşmaların dəqiq tarixləri hələlik bəlli deyil.