Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qalatasaray" Norveçin "Molde" komandasını qəbul edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 3-2 hesablı ilk oyunun revanşında "Qalatasaray" evində də qalib gəlib - 2:1.
Bununla da "Qalatasaray" ümumi hesabda (5-3) qalib gəldiyi üçün qruplara vəsiqəni təmin edib.
Qollara gəldikdə 7-ci dəqiqədə İkardi hesabı açıb. 66-cı dəqiqədə "Molde" hesaba tarazlıq gətirib.
Angelino 90+3-də "Qalatasaray"ın qələbə qolunu vurub - 2:1.
Beləlikə, İstanbul klubu qruplara vəsiqəni təmin edib.
Fərid
MİA.AZ