CHP sədri Kamal Kılıçdaroğlu 31 mart 2024-də keçiriləcək bələdiyyə sçekiləri ilə bağlı iddialı danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, xeyli jurnalistlə görüşən Kamal Kılıçdaroğlundan CHP sözçüsü Faiq Öztrakın "Bursa, Balıkəsir, hətta Konyanı da AKP -dən alacağıq. Görəcəksiniz", - bələdiyyə seçkisi ilə bağlı sözlərinə münasibət soruşulub.
Türkiyə yavaş-yavaş bələdiyyə seçkisinin əhval-ruhiyyəsinə girdiyini deyən Kılıçdaroğlu deyib ki, prezident və parlameent seçkilərində aldıqları "travma"dan yavaş-yavaş çıxırlar: "Bəli, Konya qazanılmayacaq yer deyil. Yaxşı bir namizəd tapsaq, orada da uğur qazana bilərik".
Samir
MİA.AZ