"Fənərbağça"nın yeni transferi Duşan Tadiç təkcə oyunu ilə deyil, həm də balıqçılığa meyli ilə türk azarkeşlərinin qəlbini fəth edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün serb futbolçu İstanbulun Boğaza yaxın sahilində balıq tutub. 

Serb ulduzun həyat yoldaşı Draqana Vukanaçın paylaşdığı görüntülər sosial mediada böyük maraqla qarşılanıb.

Xatırladaq ki, "Ayaks"dan "Fənərbağça"ya transfer olunan 34 yaşlı serbiyalı futbolçu hazırda komandanın lokomotivi rolunu oynayır.

Fərid

MİA.AZ