"Beşiktaş" Fransanın "Lens" komandasından yeni transfer etdiyi Jan Onananı satışa çıxaırb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Beşiktaş" futbolçunu 4 milyon avroya, yəni, elə aldığı qiymətə satmaq istəyir.
İtaliya mətbuatı yazır ki, İstanbul klubu onu "Ceneo"ya təklif edib: "Ancaq "Genoa" klubunun rəhbərliyi bu transferdə maraqlı olmadığını açıqlayıb".
Məlumatda Jan Onananı belə tələsik satıa çıxaırlmaısnın səbəbi isə aaçıqlanmır.
Xatırladaq ki, Jan Onana “Beşiktaş”da cəmi 6 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Fərid
MİA.AZ