Xəbər verdiyimiz kimi, dünən avroliqada "Qarabağ"ın oyununun yayımla bağlı ortaya çıxan problemlə bağlı “İdman” TV Qarabağ” klubunu məsuliyyətsizlkdə ittiham edib.
Mia.az xəbər verir ki, bu barədə “İdman” TV-nin açıqlamasında deyilir: "“Olimpiya” - “Qarabağ” görüşünün “İdman” TV vasitəsilə göstərilməməsindən narahatlığınızı və iradlarınızı başa düşür, üzr istəyirik. “Qarabağ” klubundan fərqli olaraq, biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik. Odur ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək”.
Maraqlı budur ki, bu açıqlamadan sonra "Qarabağ" klubu mediadakı "gücü"nü işə salıb.
Mia.az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" klubu "əməkdaşlıq" etdikləri jurnalistləri səfərbər edərək, İdman TV-nin ittihamını "zərərsizləşdirmə"yə çalışıb.
Buna paralel olaraq, müxtəlif kanallar vasitəsi ilə İdman TV-yə təzyiq edərək, qeyd edilən mövqedən çəkilmələrinə nail olublar.
Məlumata görə, İdman TV-yə qeyd edilən paylaşımını artıq sildiriblər: "Qarabağ" klubu bunun üçün hər tərəfdən TV-yə təzyiqi artırdı...".
Fərid Aslan
MİA.AZ