Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Molde”ni 3:2 hesabı ilə məğlub edən “Qalatasaray” ölkəsinin UEAF reytinq cədvəlindəki yerini möhkəmlədib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu nəticə ilə Türkiyə UEFA ölkə reytinqindəki ilk 10-luqdakı yerini möhkəmlədib.
İndi Türkiyə 9-cu səradakı Şotlandiyanın yerini ələ keçirməyıə xeyli yaxınlaşıb.
Əgər Türkiyə mövsümü ilk 10-luqda başa vursa, o zaman 2023-2024 mövsümündə Super Liqanın qalibi olan komanda 2025-2026 mövsümündə birbaşa Çempionlar Liqasında iştirak edəcək.
UEFA ölkələrinin xal sıralamasındakı son vəziyyət isə belədir:
İngiltərə: 89.053
İspaniya: 75,927
İtaliya: 71,569
Almaniya: 69.552
Hollandiya: 53,700
Fransa: 52.081
Portuqaliya: 47,482
Belçika: 36,100
Şotlandiya: 31,550
Türkiyə: 30,350
Avstriya: 29,500
İsveçrə: 28,775
Serbiya: 27 375
Norveç: 26.000
Ukrayna: 25,400
Fərid Aslan
MİA.AZ