"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Molde" matçından sonra İtaliya televiziyasına müsahibə verib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, PSJ-nin italiyan futbolçusu Marko Verrattinin "Qalatasaray"a gələcəyi barədə suala belə cavab verib: "O, böyük oyunçudur, amma bizim üçün onu transfer eləmək çətindir. Zanioloda olduğu kimi, transferin son günlərini gözləyəcəyik".
Xatırladaq ki, PSJ ilə yollarını ayıracağı deyilən Marko Verrattinin hazırkı bazar dəyəri 40 milyon avrodur.
İtaliyalı futbolçu ötən mövsüm 40 oyuna 1 qol vurub.
Fərid
MİA.AZ