"Fənərbaxça"dan 6,5 milyon avroya "Braqa"ya keçən Bruma Portuqaliyada tarix yazır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 4 matçda 3 qol və 1 məhsuldar ötürmə verən 28 yaşlı futbolçu Portuqaliya millisinə çağırıla bilər.
Məlumata görə, Brumanın sentyabrda Portuqaliyanın Slovakiya və Lüksemburqa qarşı oyunları üçün heyətdə olacağı gözlənilir.
Beləliklə, Bruma 4 ildən sonra yenidən milli forma geyinmə şansı qazanıb.
Sonuncu dəfə 2019-cu il noyabrın 14-də Portuqaliya millisində çıxış edən Bruma milli forması ilə 9 dəfə meydana çıxıb. 28 yaşlı futbolçu bu matçlarda 1 qol və 1 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ