Türkiyə Futbol Federasiyası (TFF) avrokuboklarda mübarizə aparan "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" və "Adana Dəmirspor"un bu həftə keçiriləcək liqa oyunlarını təxirə salıb.
Mia.az-ın Türkiyə mətbuatına istinadla məlumaına görə, superliqanın 3-cü həftəsində “Qalatasaray” avqustun 26-da “İstanbulspor”un qonağı olacaqdı.
Avqustun 27-də "Fənərbağça" öz meydanda "Başakşəhər"lə, "Beşiktaş" və "Adana Dəmirspor" 28 avqustda Dolmabağçada üz-üzə gələcəkərdi.
TFF-nin qərarı ilə bu matçlar daha sonra oynanılacaq.
Onu da qeyd edək ki, "Qalatasaray"ın Çempionlar Liqasının pley-off mərhələsində "Molde" ilə, "Beşiktaş" "Dinamo Kiyev"lə "Fənərbağça" "Tvente" ilə, "Adana Demirspor" isə Belçikanın "Genk" komandası ilə "döyüşcək".
Fərid
MİA.AZ