PSJ ilə yollarını ayıran Serxio Ramos üçün "Qalatasaray" və "Beşiktaş" arasında rəqabət yekunlaşıb.
Mia.az TRT Spor-a istinadla xəbər verir ki, "Beşiktaş" illik 15 milyon avro xərc tələb edən Serxio Ramosun transferindən vaz keçib.
"Beşiktaş"ın vitse-prezidenti Emre Kocadağ bildirib ki, Serxio Ramosun tələbləri onlara görə şox yüksəkdir: "Onun illik xərci 15 milyon avrodur ki, bu, bizim klubun siyasətinə uyğun deyil".
"Beşiktaş"ın masadan qalxmasından sonra isə 37 yaşlı Serxio Ramos "Qalatasaray" mesaj göndırib.
O bildirib ki, "Qalatasaray" Çempionlar Liqasında uğru qazanarsa, Türkiyəyə gələ bilər: "Siz qruplara qalsanız, o zaman yenidən danışıqlara başlaya bilərik".
Xatırladaq ki, bir ara Ramosun türk klublarından illik 12 milyon sabit maaş və 2.5 milyon avro isə "imza pulu" tələb etdiyi xəbnəri yayılmışdı.
Fərid
MİA.AZ