Səudiyyə Ərəbistanı Pro Liqasında Kriştianu Ronaldonun oynadığı "Əl Nəsr" öz meydanında uduzub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ronaldonun formasını geyindiyi "Əl Nəsr" mövsümün 2-ci liqa matçında da “Əl Taavon”a məğlub olub - 2:0.
"Əl Taavon"un qollarını 20-ci dəqiqədə Tavamba Kana, 90+6-da isə Əhməd Bahusayn vurub.
"Əl-Nəsr"də Ronaldo, Sadio Mane, Taliska, Brozovic kimi ulduzlar 90 dəqiqə meydanda olsalar da, yadda qalan qol fürsəti yarada bilməyiblər.
"Al Taavon" bu nəticə ilə xalını 4-ə yüksəldib. “Əl Nassr” isə sonuncu yerdədir.
Fərid
Mia.az